Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Şəhidlər və milli-mənəvi dəyərlərimiz”

02.04.2018

   İsmayıllı Regional Mədəniyyət  və Turizm İdarəsi nin tabeliyində fəaliyyət  göstərən  İsmayıllı  MKS-nın Uşaq şöbəsində “Şəhidlər və milli-mənəvi dəyərlərimiz” mövzusunda maarifləndirici tədbir keçirildi.

   Gənclərimizin milli-mənəvi tərbiyəsinə xüsusi nəzarət edib, gələləcək nəslin vətənpərvər böyüməsində kitabxanaların rolu danılmazdı. Hər bir xalqın sahib olduğu ən qiymətli miras onun milli-mənəvi dəyəridir. Xalqımızın milli-mənəvi dəyərlər sistemi kifayət qədər zəngindir. Millətimiz onu yüksək tutaraq daim nəsildən-nəsilə ötürür. Şübhəsiz ki, hər bir xalqın mədəniyyətinin özünə məxsusluğu var.

  Yetişən nəslin vətənpərvərlik tərbiyəsinin diqqətdə saxlanılması, vətən torpaqlarının bütövlüyü və azadlığı uğrunda şəhid olanların unudulmaması və daim ehtiramla yad edilməsi tədbir iştirakçılarının nəzərinə çatdırıldi.