Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qobustan rayonunda soyqırım qurbanları anıldı

31.03.2018

Qobusta rayonunda, Qobustan rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Acı dərə” adlanan ərazidə ucaldılmış “Türk şəhidliyi” abidə kompleksinin qarşında  Qobustan rayon ictimaiyyətinin iştirakı ilə 31 mart “Azərbaycanlıların soyqırımı günü”nə həsr olunmuş tədbir keçirildi.Tədbirdə Qobustan rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov çıxış edərək  31mart “Azərbaycanlıların soyqırımı günü”nün Azərbaycan xalqının tarixində  unudulmaz bir faciə olduğunu bildirdi.O, çıxışında mənfur ermənilərin Qubada, Şamaxıda, Göyçayda, Qarabağda və Zəngəzurda törətdiyi  soyqırım aktlarının bir başa Azərbaycan xalqının məfv olunması məqsədi ilə törədildiyini vurğuladı.

        Tədbirin sonunda məktəb şagirdlərinin hazırladığı şerlərdən ibarət kompozisiya dinlənildi.