Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Kəlbəcərsiz ötən 25 il”

02.04.2018

    İsmayıllı Rayon Mədəniyyət və Turizm İdarəsinin  tabeliyində fəaliyyət göstərən  Qəbələ Rayon Tarix- Diyarşünaslıq muzeyində “1993-cü il 2 aprel Kəlbəcər faciəsi“mövzusunda  dəyirmi masa təşkil olunmuşdur. İlk olaraq muzeyin direktoru Xalis Məmmədov   Kəlbəcərin tarixi haqqında geniş mövzuda söhbət açdı. İşğaldan əvvəliki dövrlərdə Azərbaycanın Kəlbəcər rayonu keçmiş Sovet imperiyasının  faydalı qazıntıları ilə zəngin olan ərazisi idi. Qızıl, xrom, civə yataqları, tarixi abidələrlə zəngin olan Kəlbəcər  qədim yaşayış məskəni kimi Azərbaycanın  dilbər guşəsi idi. İşğal zamanı      Azərbaycanın tarixi abidələri,milli sərvətləri  bir sözlə Kəlbəcər adlı bir diyar hərtərəfli şəkildə məhv oldu. Qədim yaşayış məskəni kimi Azərbaycan tarixində  özünəməsus  yeri olan Kəlbəcər 1993-cü il aprelin 2-də Ermənistan  silahlı qüvvələri tərəfindən işğal olundu.

    Dəyirmi masa zamanı Biriliyand Məlikova “Kəlbəcərsiz ötən 25 il” adlı mühazirə söylədi. Tədbirin sonunda  Azərbaycan torpaqları uğrunda canından keçən bütün Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.