Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Beynəlxalq Uşaq kitabı günü”

02.04.2018

İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində fəaliyyət göstərən İsmayıllı MKS-nin  Uşaq  şöbəsində “Uşaqların  maraq  dünyasında  əlamətdar  tarixi  günlər”  silsiləsindən növbəti tədbir keçirildi.

   Tədbir  02 aprel  “Beynəlxalq  Uşaq kitabı günü” nə həsr edilmişdir.  Məşhur nağılçı Hans Xristian Andersen 1805-ci il aprelin 2-də anadan olub. Beynəlxalq Uşaq Kitabı Gününün məhz bu tarixdə qeyd olunmasını alman yazıçısı Yella Lepman təklif edib. 1967-ci ildə Beynəlxalq Uşaq Kitabları Şurası tərəfindən Danimarka yazıçısı Hans Xristian Andersenin dünyaya gəldiyi gün – aprelin 2-si Beynəlxalq Uşaq Kitabı Günü kimi təsis edilib.   Kitabxana əməkdaşları  uşaq ədəbiyyatı  gününü  məhz  bu tarixə  hansı səbəbdən təsadüf etməsi barədə balaca oxuculara məlumat verdilər.

  Fondumuzda  olan  Hans Xiristian  Andersenin  nağılları  “Nağıl otağı”nda  balaca fidanlara oxundu.

  Bu əlamətdar günün qeyd olunmasında məqsəd cəmiyyətin diqqətini uşaq ədəbiyyatına , onun problemlərinə cəlb etməkdir.