01.04.2018
Şamaxı rayonunda Yeni Azərbaycan Partiyasının tərəfindən prezidentliyə namizədliyi irəli sürülmüş cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası uğurla davam edir.
Təbliğat-təşviqat kampaniyası çərçivəsində rayonun Mədrəsə və Kərkənc kəndlərində keçirilən tədbirlərdə YAP Mərkəzi Seçki Qərargahı Şamaxı rayon şöbəsinin üzvləri Hacıbaba Şıxıyev, Ağarza Bayramov, Səməd Fətəliyev, Şahmar Hüseynov, Fatma Quliyeva, Tünzalə Yusifova, Namiq Rzazadə və partiyanın rayon təşkilatının sədri Bəxtiyar Abbasov çıxış ediblər.