29.03.2018
İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində fəaliyyət göstərən Heydər Əliyev adına Mədəniyyət Mərkəzində Yeni Azərbaycan Partiyasının aprel ayının 11-də keçiriləcək Prezident seçkiləri üzrə təbliğat briqadasının İsmayıllının fəal qadınlarından bir qrupu ilə "İlhamla irəli" adlı toplantısı keçirildi.
Tədbir zamanı YAP Mərkəzi seçki qərargahının üzvləri, AMEA-nın müxbir üzvü, AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor Misir Mərdanov, Azərbaycan Milli Məclisinin deputatı, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti Novruzəli Aslanov iştirak etmişlər.
İlk öncə giriş sözü ilə YAP İsmayıllı rayon təşkilatının sədri Sevil Əhmədova görüşü açıq elan etdi. Sonra YAP Mərkəzi seçki qərargahının üzvləri və gələn digər qonaqlar çıxış etmişlər.
İsmayıllının fəal qadınları bu tədbirdə iştirak edərək bir daha cənab Prezident İlham Əliyevin ətrafında olduqlarını bildirmişlər.