Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

İsmayıllıda rayon ictimaiyyətinin bir qrupu ilə ”İlhamla irəli” adlı toplantı

01.04.2018

    Yeni Azərbaycan Partiyasının aprel ayının 11-də keçiriləcək Prezident seçkiləri üzrə təbliğat briqadası İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində fəaliyyət göstərən İsmayıllı rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzində rayon ictimaiyyətinin bir qrupu ilə "İlhamla irəli" adlı toplantı keçirib. 

   Tədbir zamanı YAP Mərkəzi seçki qərargahının üzvləri,  AMEA-nın müxbir üzvü,  AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru,  fizika-riyaziyyat elmləri doktoru, professor Misir Mərdanov,  Azərbaycan Milli Məclisinin deputatı, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti Novruzəli Aslanov iştirak etmişlər.

   İlk öncə giriş sözü ilə YAP İsmayıllı rayon təşkilatının sədri Sevil Əhmədova  görüşü açıq elan etdi. Sonra YAP Mərkəzi seçki qərargahının üzvləri və gələn digər qonaqlar çıxış etmişlər.

   İsmayıllı rayon ictimaiyyəti bu tədbirdə iştirak edərək bir daha cənab Prezident İlham Əliyevin ətrafında olduqlarını bildirmişlər.