Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Heydər Əliyev Mərkəzində soyqırım qurbanları haqqında gənclərlə söhbət

30.03.2018

    Bu gün 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü  ilə əlaqədar İsmayıllı regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində fəaliyyət göstərən Qəbələ rayon Heydər Əliyev Mərkəzində tədbir keçirilmişdir.

  Tədbir soyqırımı qurbanlarının, həmçinin ərazi bütövlüyümüz uğrunda qəhrəmancasına həlak olan şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.Tədbiri giriş sözü ilə Heydər Əliyev Mərkəzinin direktoru Zərxanım Ağayeva açmışdır. O çıxışı zamanı bildirmişdir ki, ermənilər 1918-ci ilin martında Bakıda və digər bölgələrdə on minlələ soydaşımızı vəhşicəsinə qətlə yetirmiş, yüzlərlə yaşayış məntəqəsini dağıtmışlar. Dinc azərbaycanlılar yalnız milli mənsubiyyətinə görə məhv edilmişdir və bu, beynəlxalq hüquq normalarına görə soyqırımı hesab edilir. Natiq bildirdi ki, buna görə ulu öndərimiz Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” fərman böyük əhəmiyyət kəsb edir. Bu, həm tarixə obyektiv qiymət vermək, həm də azərbaycanlıların soyqırımı məsələsini dünya ictimaiyyətinə çatdırmaq baxımından mühüm sənəddir. Bu, eyni zamanda uydurma “erməni soyqırımı” ilə bağlı təbliğata güclü zərbədir.

   Sonra tədbir iştirakçılarına Mərkəzin ekspozisiya zalında Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti haqqında ətraflı məlumatlar verilmişdir.

   Sonda bu cür tədbirlərin keçirilməsinin məqsədinin gəncləri bizim tariximizlə yaxından tanış etmək, onlara düşmənlərimizi tanıtmaq və vətənpərvərlik ruhunun  aşılanması olduğu vurğulanıb.