Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“31 mart azərbaycanlıların soyqırımı” tarixi faciəsinin anım mərasimi qeyd edilmişdir

31.03.2018

     İsmayıllı  Rayon Mədəniyyət və Turizm İdarəsinin tabeliyində fəaliyyət göstərən Qəbələ rayon Tarix-Diyarşünaslıq muzeyində “31 mart azərbaycanlıların  soyqırımı”  tarixi faciəsinin anım mərasimi qeyd edilmişdir. Tarixi faciə qurbanlarının  xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Bu gün bu tarixi faciə  ürək ağrısı ilə qeyd edilir. Qubada, Şamaxıda, Bakıda, bir sözlə Azərbaycanın hər bir bölgəsində xalqımızın ah-naləsi, fəryadı ərşə qalxdı, haqqı tapdanıldı zülm  və işgəncələrə, milli  soyqırıma məruz qaldı.  Belə faciələrin tariximizdə bir daha yaşanmaması üçün  bütün olanları unutmayaq, qan yaddaşımıza əbədi olaraq həkk edək. 31 mart tarixini tək həmin anım günündə deyil bütün həyatımız boyu xatırlayaq.

  Tarixi faciəmizin gələcək nəsillərin qan yaddaşına  əbədi həkk olması üçün, belə faciələri bir daha yaşanmaması naminə  muzeyimizi ziyarətə gələn  hər bir tamaşaçı üçün mütəmadi olaraq  bu tarixi mövzuda geniş söhbətlər aparılır. Onu da qeyd edək ki, həmin tarixi mövzunu əks etdirən “31 mart 1918-ci il” adlı geniş sərgi təşkil olunmuşdur. Sərgidə həmin dövürlərin qanlı hadisələrini yaşadan, 31 mart  gününün  qara tarixini əks etdirən materiallar  sərgilənmişdir. Sərgidə nümayiş olunan bütün materiallarda tariximizin qara səhifəsinə çevrilən  “31 mart 1918-ci il“ haqqında geniş mövzuda tarixi həqiqətlər qələmə alınmışdır.