31.03.2018
31 mart 2018-ci il tarixində İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində fəaliyyət göstərən “Heydər Əliyev adına Mərkəzdə” Şamaxı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “31 mart –azərbaycanlıların soyqırımı”-nın 100 illiyinə həsr olunmuş anım tədbiri keçirildi.Tədbirdə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev, rayon İcra Hakimiyyətinin, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak etmişlər. İlk öncə Mərkəzin foyesində “Şamaxı dəhşətləri Daşkeviçin gözü ilə” adlı foto-sərgiyə baxış keçirildi. Sonra dəyirmi masa arxasında tədbir davam etdi və Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev tədbiri açıq elan etdikdən sonra soydaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.Cıxışçılar arasında Şamaxı rayon Ağsaqqallar şurasının sədri Mayıl Alcanov və Əngəxaran kənd orta məktəbin tarix müəllimi Cavid İslamov olmuşlar. Natiqlər öz çıxışlarında 1998-ci ildən 31 mart Azərbaycan Respublikasında dövlət səviyyəsində Azərbaycanlıların soyqırımı günü kimi qeyd edildiyini , bu soyqırım Azərbaycan xalqı və dövlətçiliyinin tarixində baş vermiş faciəli hadisələrə milli yaddaşın təzahürü olduğunu vurğuladılar. Azərbaycanlıların kütləvi surətdə qırğını, repressiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi və didərgin salınması XX əsr tarixinin ən faciəli və dəhşətli səhifələrindəndir .