Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qobustan rayon Təklə kənd Uşaq Musiqi məktəbində anım günü

31.03.2018

     İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində fəaliyyət göstərən Qobustan rayon Təklə kənd Uşaq Musiqi məktəbinin kollektivi 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi ilə əlaqədar “Türk şəhidliyi” abidəsini ziyarət edərək ümumrayon tədbirində iştirak etmişlər. Günün ikinci yarısında məktəbin akt zalında tədbir davam etdi.  Məktəbin direktoru G.Cəbrayılov soyqırım haqqında geniş məlumat verdi. Sonra şagirdlərin ifasında şerlər dinlənildi.