29.03.2018
İsmaıllı Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində fəaliyyət göstərən Ağsu rayon Mədəniyyət Mərkəzində 31 Mart Azərbaycanlıların Soyqırım Günü ilə əlaqədar dəyirmi masa keçirilmişdir. Mərkəzin direktoru Mahir Məlikov, metodistlər Məhəmməd Qasımov və Şikayət Məhərrəmova, şəhər Mədəniyyət evinin direktoru Məzahir Məmmədov, Muradlı kənd klubunun kütləvi işçisi Elbrus Tağıyev soyqırımla bağlı çıxış edərək, 31 Mart 1918-ci il hadisələrinin Azərbaycan xalqının tarixində ən ağrılı, faciəli tarix olduğunu qeyd etmişlər. Bu hadisələrdən 100 il keçməsinə baxmayaraq, olanlar bu gündə xalqımızın yaddaşında böyük faciə kimi yaşayır. Natiqlər çıxışlarında bir məsələni önə çəkdilər ki, 31 Mart Azərbaycanlıların Soyqırım Günü həmişə yad edilməli, hadisələrin əsl səbəbləri haqqında, faciəvi təfərrüatları haqqında gələcək nəsillərə məlumat verilməlidir.