29.03.2018
İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində fəaliyyət göstərən Şamaxı Dövlət Rəsm Qalereyasında “31 mart –Azərbaycanlıların Soyqırımının 100 illiyi” ilə əlaqədar sərgi təşkil olunmuşdur.
Tədbir zamanı Şamaxı Dövlət Rəsm Qalereyasının direktoru Sədaqət Xələfova çıxış edərək soyqırımla bağlı məlumat verdi.
Azərbaycanlıların soyqırımı Bakı, Şamaxı, Quba qəzalarında, Lənkaranda və Azərbaycanlıların başqa bölgələrində xüsusi qəddarlıqlarla həyata keçrilmişdir. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetrilmiş ,kəndlər yandırılmış, milli mədəniyyət abidələri dağıdılıb məhv edilmişdir.
Sərgidə Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzi şagirdlərinin əl işləri nümayiş olundu. Tədbirdə mədəniyyət işçiləri də iştirak etdilər.