Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Tarixi yaddaşsızlıq və unutqanlıq xalqımıza baha başa gələ bilər”

29.03.2018

 İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində fəaliyyət göstərən Şamaxı rayon Mərkəzi kitabxanasında 1918-ci il Azərbaycanlıların soyqırımının 100 illiyi ilə əlaqədar “Tarixi yaddaşsızlıq və unutqanlıq xalqımıza baha başa gələ bilər”  mövzusunda dəyirmi masa keçirildi. 

  Tədbirdə Şamaxı rayon MKS-nin direktor müavini  Ziba Xasməmmədova , M.Ə.Sabirin Ev muzeyinin direktoru Rəqsanə Xəlilova , şöbə müdirləri  Zemfira Hacıyeva, Hicran Xasıyeva, sistem inzibatçısı Nuridə Qədirova çıxış edərək ulu öndər Heydər Əliyevin 26 mart 1998-ci il fərmanı ilə “31 mart Azərbaycanlıların Soyqırımı Günü” kimi elan edilməsindən, qaniçən erməni faşistlərinin əsrlərlə  Azərbaycan torpaqlarında törətdikləri vəhşiliklərdən, 1918-ci il soyqırımından danışdılar.

     Mərkəzi kitabxanada və kitabxana filiallarında  “Azərbaycanlıların soyqırımı-100” başlıqlı kitab sərgisi təşkil olunmuşdur.