28.03.2018
Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahı Qobustan rayon şöbəsi namizədliyi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində Qobustan şəhər seçiciləri ilə görüşü Qobustan rayon Mərəniyəət Mərkəzində təşkil olundu.
Tədbirdə YAP Seçki Qərargahının Qobustan rayon şöbəsinin sədri Füzuli Gülaliyev çıxış edərək qeyd etdi ki, bu gün hər bir Qobustan sakini, bu möhtəşəm toplantıya gələn hər bir kəs ömrünün ən xoş anlarını yaşayır. Bunu sizin qəlbinizdəki inamdan, gözünüzdəki sevincdən duymaq olur. Böyük ümidləriniz, sevinciniz, alqışlarınız hər birimiz üçün əziz olan, müdrik bir insana – cənab İlham Əliyevə olan sonsuz məhəbbətin, ehtiramın, sədaqətin ifadəsidir.
Bu məhəbbəti cənab İlham Əliyev Prezident seçildiyi ilk gündən hər gün, hər an öz fəaliyyəti, uzaqgörən siyasəti, xalqa, vətənə xidmətləri ilə bütün Azərbaycanlıların qəlbinə həkk edib, əbədiləşdirib.
Ulu Öndərimizin bəşəri ideyalarını uğurla davam etdirən cənab İlham Əliyev Azərbaycanı sosial - iqtisadi cəhətdən sürətlə inkişaf edən bir ölkəyə çevirməklə bərabər beynəlxalq aləmdə nüfuzumuzu yüksəldib, dövlətimizi bütün dünyada tanıtdırıb, ölkədə ictimai sabitliyi bərpa edib, vətəndaşların təhlükəsizliyi, firavan həyatı üçün nə varsa həyata keçirib.