25.03.2018
22-25 mart 2018-ci il tarixlərində Şamaxıda prezidentliyə namizəd cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüşlər rayonun kəndlərində də keçirilib.
Görüşlərdə Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahı Şamaxı rayon şöbəsinin təbliğat-təşviqat qrupunun üzvü Eyvaz Eminaliyev çıxış edərək bildirib ki, Azərbaycanda qazanılan hər bir qələbənin əsas mənbəyi xalqın ulu öndər Heydər Əliyev yoluna inamı və sədaqətidir. E.Eminaliyev əmin olduğunu bildirib ki, şamaxılılar İlham Əliyevi dəstəkləyəcək və onu növbəti yeddi ilə ölkə rəhbəri seçəcəklər.
Görüşlərdə qərargah üzvləri Ismaıllı Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində fəaliyyət göstərən Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzinin direktoru Namiq Rzazadə, Ağarza Bayramov, Tünzalə Yusifova, Nəzakət Abdulrazaqova, Səməd Fətəliyev, Şahmar Hüseynov, Fatma Quliyeva, Hacıbaba Şıxıyev və Güllü Babaşova çıxış edərək Azərbaycanın iqtisadi cəhətdən güclü məkana çevrilməsindən, iqtisadi siyasətin Azərbaycan xalqına bəxş etdiyi nailiyyətlərdən danışıblar.