Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Əlillər Evində Novruz bayramı ilə əlaqədar bayram konserti

17.03.2018

İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində fəaliyyət göstərən  Şamaxı rayon Mədəniyyət Mərkəzinin "İncə Tellər" aşıqlar ansamblı Şamaxı Nevropsixoloji Sosial Xidmət Müəssisəsində (Əlillər Evi) Novruz bayramı ilə əlaqədar bayram konserti vermişdir. Konsertdə ansamblın üzvləri Aşıq Rza Məmmədov və Aşıq Şamo Səlimli fiziki imkanları məhdud olan insanlar  qarşısında marağlı proqramlarla çıxış etmişlər.