Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Lahıc qəsəbəsində “Buta” rəqs qrupunun müvəffəqiyyətli çıxışı

21.03.2018

 İsmayıllı rayon İcra Hakimiyyəti və İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə Lahıc  qəsəbəsinin  mərkəzi meydanında Novruz bayramı ilə əlaqədar  tədbir keçirildi. Tədbirdə İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində fəaliyyət göstərən Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzinin “Buta”rəqs qrupu müvəffəqiyyətlə çıxış edərək tamaşaçıların rəğbətini qazandı.