Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şamaxıda ”İlhamla irəli” şüarı ilə seçki kampaniyası davam edir

27.03.2018

   İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində fəaliyyət göstərən Şamaxı rayon Mədəniyyət Mərkəzində  Yeni Azərbaycan Partiyasının Mərkəzi seçki qərargahının üzvlərinin  "İlhamla irəli" şüarı ilə seçki kampaniyası çərçivəsində rayonda çalışan mədəniyyət işçiləri ilə  görüşü keçirilmişdir.  Görüşdə  Akademik, Xarici Dillər Universitetinin rektoru Kamal Abdulla, Azərbaycan Aypara Cəmiyyətinin prezidenti, Millət Vəkili Novruzəli Aslanov, Azərbaycan Tibb Universitetinin rektoru Professor Gəray Gəraybəyli YAP Mərkəzi Aparatının məsul işçisi Həsən Daşdəmirov iştirak etmişlər.
    İlk öncə giriş sözü ilə YAP Şamaxı rayon təşkilatının sədri Bəxtiyar Abbasov tədbiri açıq elan etmişdir. Sonra Akademik, Xarici Dillər Universitetinin rektoru Kamal Abdulla, Azərbaycan Aypara Cəmiyyətinin prezidenti, Millət Vəkili Novruzəli Aslanov, Azərbaycan Tibb Universitetinin rektoru Professor Gəray Gəraybəyli çıxış etmişlər.

    Görüşdə   İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində fəaliyyət göstərən Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzinin rəhbərliyi və müəllim heyyəti iştirak etmişdir.