Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Zirvə görüşü

26.03.2018

Şamaxı rayonunda Yeni Azərbaycan Partiyasının Mərkəzi seçki qərargahı "İlhamla irəli" şüarı ilə seçki kampaniyası çərçivəsində Şamaxı şəhər Olimpiya İdman Kompleksində Zirvə görüşü keçirmişdir. Zirvə görüşünə YAP Mərkəzi seçki qərargahının üzvləri Akademik, Xarici Dillər Universitetinin rektoru Kamal Abdulla, Azərbaycan Aypara Cəmiyyətinin prezidenti, Millət Vəkili Novruzəli Aslanov, Azərbaycan Tibb Universitetinin rektoru Professor Gəray Gəraybəyli, YAP Mərkəzi Aparatının məsul işçisi Həsən Daşdəmirov iştirak etmişlər.
      İlk öncə  giriş sözü ilə YAP Şamaxı rayon təşkilatının sədri Bəxtiyar Abbasov Zirvə görüşünü açıq elan edir. Sonra Akademik, Xarici Dillər Universitetinin rektoru Kamal Abdulla, Azərbaycan Aypara Cəmiyyətinin prezidenti, Millət Vəkili Novruzəli Aslanov, Azərbaycan Tibb Universitetinin rektoru Professor Gəray Gəraybəyli çıxış etmişlər. Zirvə görüşü konsert proqramı ilə davam etdirilib.

  Zirvə görüşünə 10.000 min nəfərə qədər Şamaxı seçiciləri iştirak etmişlər. Təbirdə seçicilər iştirak edərək bir daha cənab Prezident İlham Əliyevin ətrafında olduqlarını bildirmişlər.