20.03.2018
Qəbələ rayon Heydər Əliyev parkında xalqımızın milli bayramı olan Novruz bayramı münasibətilə Ümumrayon tədbiri keçirlmişdir. Tədbirdə İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində fəaliyyət göstərən Qəbələ Dövlət Rəsm Qalereyası Azərbaycan rəssamlarının təbiət əsərləri, dekorativ tətbiqi sənət ustası Gözəlova Gülbəniz Rafiq qızının və Məmmədova Jalə İlham qızının rəhbərlik etdiyi rəsm dərnəyi şagirdlərinin əl işlərindən ibarət sərgi təşkil etmişdir. Sərgi rayon ictimaiyyəti tərəfindən maraqla qarşılanmşdır.