Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

İsmayıllıda təntənəli Novruz bayramı qeyd olundu

20.03.2018

  İsmayıllı rayon İcra Hakimiyyəti və İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində fəaliyyət göstərən Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə mərkəzi meydanda novruz bayramı ilə əlaqədar ümumrayon tədbiri keçirildi. Tədbirdə RİH başçısı Mirdaməd Sadıqov, millət vəkili Novruz Aslan, rayon idarə və müəssisələrinin kollektivlər,  İsmayıllının tanınmış ziyalıları və rayon ictimaiyyəti iştirak etmişdir. Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə hazırlanan rəngarəng, geniş konsert proqramı hər kəsdə xoş əhval-ruhiyyə yaratdı.