19.03.2018
Qobustan rayonunda Novruz bayramı münasibətilə ümumrayon şənliyi təşkil olundu. Tədbir zamanı İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində fəaliyyət göstərən Mədəniyyət Mərkəzi və R.Behbudov adına Uşaq İncəsənət məktəbinin kollektivləri yaxından iştirak etdilər.
Qobustan rayon İcra hakimiyyətinin başçısı cənab Adil Məmmədov bayram təbrikini səsləndirdikdən sonar meydanın ortasında böyük tonqal alovlandırıldı, qara zurnanın sədaları ətrafa yayıldı.
Tədbirdə milli geyimli gənc oğlan və qızlar əllərindəki gül-çiçək dəstələri, xonçalar, səməni və digər bayram atributları şənliyə xüsusi rəng qatdı. Bahar qızı gəlişi, kosa və keçəlin duzlu-məzəli oyunları, rəqs qruplarının, musiqiçilərin bir-birindən gözəl çıxışları hər kəsdə şən əhval-ruhiyyə yaratdı.