31.10.2025
İsmayıllıda "Bəxtiyarıq" adlı tədbir keçirilib
30 oktyabr 2025-ci il tarixində İsmayıllı rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin və İsmayıllı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyinə həsr olunmuş "Bəxtiyarıq" adlı tədbir keçirilib. Tədbirdə İsmayıllı rayon mədəniyyət müəssisələrinin rəhbər işçiləri və əməkdaşları, müəssisə və təşkilatların nümayəndələri və rayon ictimaiyyəti iştirak edib.
Tədbirdə "Niyal" instrumental ansamblının ifasında Bəxtiyar Vahabzadənin şeirlərinə bəstələnmiş musiqilər ifa olunub. İsmayıllı rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən Xalq teatrı tərəfindən şairin "Gülüstan poeması" əsasında hazırlanmış "Kölgə səhnəsi" nümayiş olunub.
Çıxışlar və ifalar tədbir iştirakçıları tərəfindən böyük coşğu ilə qarşılanıb.
#DağlıqŞirvanRMİ #BəxtiyarVahabzadə