Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Zəfərin rəngləri” adlı rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb

05.11.2025

04 noyabr 2025-ci il tarixində İsmayıllı rayon Heydər Əliyev Mərkəzində İsmayıllı rayon Heydər Əliyev Mərkəzi, Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsi, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı İsmayıllı rayon Komitəsinin və İsmayıllı rayon Təhsil sektorunun birgə təşkilatçılığı ilə 21 oktyabr - 04 noyabr tarixlərində İsmayıllı rayon qəsəbə və kənd  ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin iştirakı ilə Konustusiya və Suverenlik İli çərçivəsində Vətən müharibəsində qazanılmış Zəfərin 5-ci ildönümü münasibətilə onlayn formatda keçirilən "Zəfərin rəngləri" adlı rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb.
Qaliblər aşağıdakı kimi müəyyən olunub:
I????yer - Quliyeva Zəhra İbadət qızı
II????yer - Yəhyayev Afiq Elvin oğlu
III????yer - Abdullayev Məsud Hümbət oğlu
????Rəsm müsabiqəsinin keçirilməsində məqsəd Vətən müharibəsində qazanılmış qələbənin 5-ci ildönümünün qeyd olunması, yeniyetmə və gənclərdə vətənpərvərlik hisslərinin gücləndirilməsi, istedadların üzə çıxarılması və tanıdılması olmuşdur.
????Müsabiqədə ????I, ????II, ????III yerin qalibləri və fəal iştirakçılar təşkilatçılar tərəfindən diplom, fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıb.