16.03.2018
İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində fəaliyyət göstərən Ağsu rayon Növcü kənd kitabxana filialı və klubu, Yenilik kənd kitabxana filialı və Sənətkarlıq klubunun birgə təşkilatçılığı ilə Novruz şənliyi keçirilmişdir.
Baş tutan bayram şənliklərində kənd məktəbinin şagirdləri və əhalisi fəal iştirak etmişlər. Tədbir zamanı bir-birindən maraqlı, şən əhval-ruhiyyəli musiqilər, rəqslər, iştirakçılar tərəfindən söylənən xoş arzular hər kəsdə xoş ovqat yaratmışdır.