Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Təklə kəndində “Novruz bayramı”na həsr edilmiş bayram şənliyi

16.03.2018

İsmayıllı Regional Mədəniyyət və Turizm idarəsinin tabeliyində fəaliyyət göstərən Qobustan rayon Təklə kənd Uşaq Musiqi məktəbi Təklə kənd Tam Orta məktəbi ilə birlikdə məktəb  stadionunda “Novruz bayramı”na həsr edilmiş bayram şənliyi keçirildi. Şagirdlərin ifasında bayram şerləri və novruzun atributları olan kosa və keçəlin əyləncəli çıxışları, rəngarəng mahnı və rəqsləri tədbir iştirakçıları tərəfindən rəğbətilə qarşılandı.  Tədbir tonqal ətrafında məktəb şagirdlərinin yallı rəqsi ilə başa çatdı.