15.03.2018
Uzun illər İsmayıllıda mədəniyyətin və musiqinin təbliğində, inkişafinda əvəzsiz rolu olan tərəqqi medallı Sahibə Abdullayeva bu gün də öz fəaliyyətinin sevə-sevə davam elətdirir. İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində fəaliyyət göstərən İsmayıllı rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin mədəni təşkilatçısı Sahibə Abdullayeva bu dəfə də rayonumuzun mədəniyyət sahəsinin təbliğ olunmasinda əlindən gələni əsirgəmədi. Hər zaman İsmayıllının fəxri olan gözəl sənətçimiz ATV kanalında, Zaur Baxışəliyevin aparıcısı olduğu “Bizimləsən” verlişinin qonağı oldu, Sahibə Abdullayevanın ifasında “Heydər Babaya salam”, tat dilində “Mühonti əgülhoni” mahnıları səsləndirildi.