14.03.2018
İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində fəaliyyət göstərən Şamaxı rayon MKS-in Uşaq şöbəsinin təşkilatçılığı ilə Şamaxı şəhər 1 saylı Körpələr evi və Uşaq bağçasında “ Novruz gəlir yaz gəlir " mövzüsunda bayram şənliyi keçirildi. Şənlik zamanı balaca fidanlar mahnı söyləyib, rəqs etdilər, bahara, Novruza aid şeirlər söylədilər, rəngarəng kompozisiyalarla çıxış etdilər. Şənlikdə Novruz personajlarının çıxışı uşaqların marağına və sevincinə səbəb oldu.