13.03.2018
İsmayıllı Regioanal Mədəniyyət və Turizm İdarəsinin tabeliyində fəaliyyət göstərən İsmayıllı rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin və İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin birgə təşkilatçılığı ilə Yel çərşənbəsi ilə bağlı tədbir keçirilmişdir. Tədbir zamanı Kollecin istedadlı tələbələrini hazırladıqları müxtəlif musiqi nömrələri, milli rəqslər bayram şənliyinə toplanmış rayon ictimaiyyəti və məktəblilərdə yüksək əhval-ruhiyyədə yaratmışdır.