14.03.2018
İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində fəaliyyət göstərən, tariximizi qoruyub saxlayan Qəbələ Rayon Tarix-Diyarşünaslıq Muzeyi daim ekspozisiyasını genişləndirməkdədir. Muzeydə dulusçuluq məmulatlarından ibarət daimi sərgimiz fəaliyyət göstərməkdədir. Həm antik dövr, həm də orta əsrlərdən indiyə qədər bir dövrü əhatə edən dulusçuluq nümunələri toplusunu yalnız Qəbələ Rayon Tarix-Diyarşünaslıq Muzeyində görmək olar. Nehrələr, küplər, bərnilər, piti qabları, güldan, meyvə vazaları və sair formalı nümunələr hər bir tamaşaçıda böyük maraq oyadır. Sərgimizi ilk seyr edən tamaşaçılarımız BƏƏ-dən olan turistlər oldu. Onu da qeyd etmək istərdim ki, indi belə bu cür nümunələr tarixə qovuşmaq üzrədir. Daimi sərgimizidə özünə yer tutan bu nümunələri görmək istəyən hər kəsi muzeyimizə dəvət edirik.