10.03.2018
İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində fəaliyyət göstərən Qəbələ rayon Tarix-diyarşünaslıq muzeyində həmyerlimiz Xanlar Bahəddin oğlu Mustafayevin əl işlərindən və nəşr olunmuş bir neçə kitabından ibarət geniş sərgi fəaliyyət göstərməkdədir. Poliestrdən, taxta parçalarından ibarət müxtəlif mövzulu sənət əsərləri ekspozisiyamızı daha da zənginləşdirdi. Onu da qeyd edək ki, Xanlar Mustafayev şair, yazıçı, tarixçi, minatürçü rəssam kimi Azərbaycanın istedadlı, vətənpərvər övladı kimi özünəməxsus yer qazanmışdır. Muzey işçiləri üçün də “Urartu mixi yazılı abidələri və azəri türk dili” elmi tarixi əsəri də sərgidə böyük yer tutur. Qədim tarixin öyrənilməsində bu kitabın əhəmiyyətli rolu vardır.