07.03.2018
İsmayıllı rayon İcra Hakimiyyəti və İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin birgə təşkilatçılığı ilə Heydər Əliyev adına Mədəniyyət Mərkəzində “8 mart- Beynəlxalq Qadınlar günü”-nə həsr olunmuş geniş konsert proqramı təşkil olundu.
Tədbirdə RİH-nin başçısı Mirdaməd Sadıqov,RİH-nin aparat işçiləri,idarə və müəssisələrdə, təhsil səhiyyə və mədəniyyət sahəsində çalışan qadınlar,ictimaiyyət nümayəndələri iştirak etmişdir.
RİH-nin başçısı M.Sadıqov rayon qadınlarını bayram münasibətilə təbrik edib. Xalçaçı Ruhiyyə Süleymanovaya “Tərəqqi medalı” təqdim olunub.
Rayon Təhsil şöbəsinin müdiri Rasim Orucov, RMX-nın baş həkimi Aydın Əsədov, İsmayıllı Regional Mədəniyyət və Turizm idarəsi rəisinin müavini Azər Abbasov və başqaları çıxış edərək 8 Mart Qadınlar Günü münasibəti ilə tədbirə toplaşanları və onların şəxsində bütün Azərbaycan qadınlarını təbrik ediblər.
Tədbir Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən “Niyal” instrumental ansamblının hazırladığı musiqili ədəbi-bədii proqramla davam etdi.
Sonda fəal və ictimaiyyətiçi qadınlara fəxri fərmanlar və qiymətli hədiyyələr təqdim olunub.