07.03.2018
İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində fəaliyyət göstərən Ağsu rayonu Heydər Əliyev Mərkəzində Uşaq Musiqi Məktəbinin 8 mart- Beynəlxalq Qadınlar gününə həsr olunmuş geniş konsert proqramı təşkil olundu. Tədbirdə rayon İcra Hakimiyyətinin, Mədəniyyət işçiləri Kəmkarlar İttifaqının Ağsu rayonu üzrə sədri də iştirak etmişdir.
Tədbir zamanı məktəbin direktoru Yaqub müəllim hər iki müəssisədə çalışan və onların timsalında bütün qadınları təbrik edərək onlara ən xoş arzularının çatdırdı. Daha sonra məktəbin şagirdləri bir-birindən gözəl, şən əhval-ruhiyyəli ifaları ilə hər kəsin ruhunu oxşadılar.