06.03.2018
İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində fəaliyyət göstərən Qobustan şəhər R.Behbudov adına Uşaq İncəsənət məktəbinin və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Qobustan rayon Komitəsinin birlikdə təşkil etdiyi 8 mart “Beynəlxalq Qadınlar Günü”nə həsr olunmuş “Adın müqəddəsdir sənin ey qadın” adlı tədbir keçirildi. Tədbirdə Qobustan şəhər R.Behbudov adına Uşaq İncəsənət məktəbinin direktoru Zaur Cəfərov və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Qobustan rayon Komitəsinin sədri Leyla Sarıyeva çıxış edərək bütün xanımları qarşıdan gələn 8 mart “Beynəlxalq Qadınlar Günü” münasibətilə təbrik etdilər. Tədbirin sonunda Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Qobustan rayon Komitəsinin sədri Leyla Sarıyeva xanımlara hədiyyələr təqdim etdi.