Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Müqəddəs varlıq”

06.03.2018

 İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində fəaliyyət göstərən  Qobustan şəhər R.Behbudov adına Uşaq İncəsənət Məktəbində  8 mart “Beynəlxalq Qadınlar günü”nə həsr olunmuş “Müqəddəs varlıq” adlı tədbir  keçirildi. Tədbirdə Qobustan şəhər R.Behbudov adına Uşaq İncəsənət məktəbinin direktoru Zaur Cəfərov çıxış edərək bütün xanımları qarşıdan gələn  8 mart “Beynəlxalq Qadınlar Günü” münasibətilə təbrik etdi.

   Tədbirdə  Qobustan şəhər R.Behbudov adına Uşaq İncəsənət Məktəbinin şagirdlərinin iştirakı ilə konsert proqramı nümayiş olundu.

    Tədbirin sonunda  məktəb rəhbərliyi tərəfindən kollektivin qadın üzvlərinə hədiyyələr təqdim olundu.