27.11.2020
Onlayn Beynəlxalq Gitara müsabiqəsi
Təşkilatçı: Təhsil Nazirliyi Respublika Uşaq – Gənclər İnkişaf Mərkəzi
Müsabiqənin əsas məqsədi: Uşaq və gənclərin klassik və müasir gitara musiqi istiqamətlərinə diqqətini çəkmək, bu sahədə beynəlxalq əlaqələrin qurulması
Müsabiqənin keçirilmə müddəti:
23 noyabr 2020-ci il – 31 dekabr 2020-ci il – müraciətlərin qəbulu; 15 yanvar 2021-ci il – nəticələrin açıqlanması.
Yaş kateqoriyaları:
• 9 – 11 yaş;
• 12 – 14 yaş;
• 15 – 17 yaş.
Müsabiqənin nominasiyaları:
1. Klassik Gitara;
2. Xalq musiqisi (Flamenko, Ölkə, Milli, istənilən milli janr);
3. Elektrik Gitara (Rok, Bluz);
4. Caz / Fyüjn.
Müsabiqənin qaydaları:
Hər bir iştirakçı iştirak üçün ərizə göndərir:
• iştirak üçün müraciət zamanı yaş kateqoriyası və müsabiqənin bir nominasiyası mütləq göstərilməlidir;
• skan edilmiş şəxsiyyət vəsiqəsi;
• 1 dəqiqədən artıq olmayaraq çıxışın videoyazısı (videokamera və ya telefon kamerası ilə yazılmış).
Mütləq!!! Səs, audio redaktorlar istifadə etmədən və əlavə işləmə olmadan kamera vasitəsilə yazılmalıdır. Canlı akkompanement və ya bekkinq trekdən istifadə olunmasına icazə verilir. Beynəlxalq münsiflər heyətinin üzvləri iştirakçıları aşağıdakı meyarlara görə qiymətləndirirlər: ifa tərzi, texnika, çıxışın musiqiliyi. Orijinal əsərlərin ifasına üstünlük veriləcək və 1 bal əlavə olunacaq. İştirakçılar özləri barədə məlumatı (adı, soyadı, təvəllüdü, təhsil aldığı müəssisə, ölkə, şəhər, ünvan və əlaqə nömrəsi, nominasiya və ifa etdiyi musiqinin adı) hazırladıqları videoçarx ilə birgə 31 dekabr 2020-ci il tarixinə kimi gitaramusabiqe2020@gmail.com elektron ünvana göndərməlidirlər.
İştirakçıların videoçarxları beynəlxalq münsiflər heyəti tərəfindən onlayn formada müstəqil qiymətləndirilir. Qiymətləndirmənin yekununda iki iştirakçı eyni bal topladığı zaman münsiflər heyətinin qeyd olunan kriteriyalara daha çox uyğun gələn iştirakçıya əlavə 1 bal vermək hüququ vardır. Beynəlxalq münsiflər heyətinə Azərbaycan, Türkiyə, Rusiya, Qazaxıstan, Gürcüstan Türkmənistan, Belarusiyadan professional gitara ifaçıları daxildir.
Mükafatlandırılma:
Müsabiqə qalibləri Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin diplomu, Qran Pri və dəyərli hədiyyələr ilə mükafatlandırılacaqlar. Müsabiqənin bütün iştirakçılarına sertifikat təqdim olunacaq.
Qeyd:
Çıxışlar 10 bal sistemi və gizli səsvermə yolu ilə qiymətləndirilir. Yerlər və mükafatlar münsiflər heyətinin qərarı ilə müəyyən edilir. Münsiflər heyətinin qərarı müzakirə olunmur. Təqdim olunmuş ifa proqramının dəyişdirilməsinə yol verilmir.
Əlavə məlumat üçün əlaqə telefonu:
(055) 233 94 70, (050) 787-70-78 (WhatsApp), gitaramusabiqe2020@gmail.com