Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Qarabağ Azərbaycandır!” mövzusunda onlayn konfrans təşkil edilmişdir.

16.11.2020

Regionlarda fəaliyyət göstərən Heydər Əliyev Mərkəzlərinin (Samux, Gəncə, Sumqayıt,Qaradağ,Quba, Şəki, Qəbələ, Balakən, Zaqatala, İsmayıllı, Oğuz, Neftçala, Siyəzən, Hacıqabul,Şirvan, Şabran, Ucar,Yevlax, Beyləqan, Kürdəmir,Sabirabad, Zərdab, Bərdə, Ağdam,Lerik, Yardımlı, Cəlilabad,Ağstafa, Mingəçevir) iştirakı ilə "Qarabağ Azərbaycandır!" mövzusunda onlayn konfrans təşkil edilmişdir. Tədbirin qonağı hərbi ekspert Ruslan İmamquliyev olmuşdur. Tədbiri giriş sözü ilə açan Samux rayon Heydər Əliyev Mərkəzinin direktoru Nuranə Həsənova Prezident İlham Əliyevdən sitat gətirərək əldə olunmuş nəaliyyətlərimizi şanlı ordumuza borclu olduğumuzu vurğulamışdır. Daha sonra söz hərbi ekspert Ruslan İmamquliyevə verilmişdir. O, çıxışında Azərbaycan xalqının ordu ilə bütöv olduğunu, bir yumruq kimi dövlətin ətrafında birləşdiyini vurğulamışdır. Digər rayonlarda fəaliyyət göstərən Heydər Əliyev Mərkəzlərinin direktorlarıda öz çıxışlarında ölkəmizin bugünkü qələbəsindən bəhs etmiş və onları maraqlandıran sualları hərbi ekspertə yönəltmişdirlər. Sonda Azərbaycan Ordusunun şanlı qələbəsi münasibəti ilə bir daha xalqımıza təbriklər ünvanlanmış, bütöv Azərbaycan uğrunda canından keçən qəhrəmanlarımız hörmətlə yad edilmişdir.