16.11.2020
Azərbaycan xalqı bu gün sözlə ifadə edilməsi mümkün olmayan misilsiz qələbə sevinci, yüksək fəxarət duyğuları, hədsiz fərəh, qürur hissləri yaşayır. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi və yenilməz, rəşadətli Azərbaycan Ordusunun misilsiz qəhrəmanlığı nəticəsində 10 milyonluq Azərbaycan xalqı 44 gün ərzində 28 ildir həsrətində olduğu doğma Qarabağımızı işğaldan azad etdi, Vətənimizin ərazi bütövlüyü bərpa olundu. İşğaldan azad olunan bütün torpaqlarımızın hər qarışı, ərazi bütövlüyü bərpa olunan şanlı Azərbaycanın mənfur düşməndən təmizlənmiş torpaqlarında məğrurluqla dalğalanan üçrəngli Azərbaycan bayrağı şəhidlərimizin qanı ilə sulandı. Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan Ordusu yüksək peşəkarlıq, məharət və fədakarlıq nümayiş etdirərək müasir hərb tariximizin ən şanlı qələbələrini qazandı. Şanlı Qələbəmiz münasibəti ilə İsmayıllı rayon Heydər Əliyev Mərkəzi "Qarabağa gedirəm" şüarı ilə videoçarx hazırlamışdır. Videoçarxı təqdim edirik.
https://www.facebook.com/ismayilliregional/videos/416907849316562