Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şuşa xalqımızın tarixini, mədəniyyətini, ləyaqətini və ruhunu ifadə edir.

16.11.2020

Şuşanın azad olunması Azərbaycan tarixinin ən şanlı səhifələrindən biridir. Bu, xalqın bütövlük, dəyanət, rəşadət və ləyaqət tarixidir. Şuşa xalqımızın tarixini, mədəniyyətini, ləyaqətini və ruhunu ifadə edir. Müqəddəs bayrağımız öz tarixinin yəqin ki, ən şərəfli gününü yaşayır. İndi o Şuşada dalğalanır. Və əbədi dalğalanacaq! Şuşanın azad edilməsi Azərbaycanın möhtəşəm qələbəsidir. Bu, rəşadətli Azərbaycan Ordusunun qələbəsidir. Qəbələ rayon Mərkəzi kitabxanasının Azərbaycanın mədəniyyət beşiyi olan Şuşa şəhəri haqqında hazırladığı videoçarxı təqdim edirik.

https://www.facebook.com/ismayilliregional/videos/653690855324299