16.11.2020
Azərbaycan xalqı bu gün sözlə ifadə edilməsi mümkün olmayan misilsiz qələbə sevinci, yüksək fəxarət duyğuları, hədsiz fərəh, qürur hissləri yaşayır. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi və yenilməz, rəşadətli Azərbaycan Ordusunun misilsiz qəhrəmanlığı nəticəsində 10 milyonluq Azərbaycan xalqı 44 gün ərzində 28 ildir həsrətində olduğu doğma Qarabağımızı işğaldan azad etdi, Vətənimizin ərazi bütövlüyü bərpa olundu, müstəqil Azərbaycan əzəli düşməni olan işğalçı Ermənistan üzərində qətiyyətli tarixi qələbə qazandı. Qələbə münasibəti ilə Qobustan rayon MKS- nin Uşaq şöbəsinin oxucularının çəkdiyi rəsmlərdən ibarət "Vətən Səndən Keçmək Olmaz " başlıqlı sərgi təşkil edilmişdir.