05.11.2020
Azərbaycan xalqı öz təbiəti, xarakteri etibarilə həmişə mülayim və sülhsevər olmuşdur. Xalqımız özünün tarixi, maddi-mədəni abidələri, zəngin ədəbiyyatı, incəsənəti və musiqi mədəniyyəti ilə həmişə fəxr etmiş, öyünmüşdür. Tarixini yaradan şəxsiyyətlərə, Vətənin azadlığı naminə canını fəda edən oğul və qızlarımızla da haqlı olaraq öyünmüşdür. Son günlərdə Qarabağ uğrunda gedən döyüşlər bir daha göstərdi ki, Müstəqil Azərbaycan, doğrudan da, qəhrəmanlar diyarı, igidlər və cəsurlar məskənidir. İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən mədəniyyət müəssisələri ordumuzun tarix yazdığı bu günlərdə ordumuza mənəvi dəstək olmaq məqsədi ilə videoroliklər hazırlamaqda davam edirlər. İsmayıllı MKS-nin kənd filiallarının oxucuları "Əsgərə məktub" layihəsinə qoşularaq, əsgərlərimizə məktublar yazırlar. Qobustan rayon MKS-nin Uşaq şöbəsi və Xilmilli kənd kitabxana filialı eləcə də Şamaxı rayon mədəniyyət müəssisələri və Qəbələ rayon Mədəniyyət Mərkəzi ordumuza mənəvi dəstək olmaq məqsədi ilə videoçarxlar hazırlayıblar. Videoçarxlar regional idarənin sosial şəbəkə ünvanlarında paylaşılmışdır.
https://www.facebook.com/276342746341712/posts/643320252977291/
https://www.facebook.com/276342746341712/posts/643332266309423/
https://www.facebook.com/276342746341712/posts/643334086309241/