03.11.2020
Bu günlərdə Azərbaycan xalqı taleyüklü eyni zamanda qürurverici tarixə şahidlik edir. Əzəli Azərbaycan torpaqları düşmən tapdağından azad olunur. Bu tarixi döyüş meydanında qəhrəman əsgərlərimiz yazır. Müharibə şəraitində vətəndaşlarımızın ordumuza sevgisi təqdirəlayiqdir. Ordumuza mənəvi dəstək olmaq məqsədi ilə ölkəmizdə "Əsgərə məktub" layihəsi həyata keçirilir. İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən İsmayıllı rayon MKS-nin kənd filiallarının fəal oxucuları bu layihəyə qoşularaq, əsgərlərimizə onlarla məktub ünvanlayıblar. Məktublarda kitabxananın balaca fidanları vətənin keşiyində duran qəhrəman əsgərlərimizə ürək sözlərini qeyd ediblər.Məktubların bir qisminin fotoşəkilləri İsmayıllı Regional Mədəniyyət İdarəsinin sosial şəbəkə ünvanlarında yerləşdirilib.