26.10.2020
İsmayıllı Rayon Heydər Əliyev Mərkəzi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin İsmayıllı nümayəndəliyi “Gəncə 2020” adlı foto sərgi hazırlayıblar. Heydər Əliyev prospektində nümayiş olunan sərginin məqsədi Gəncə hadisələri zamanı mülki vətəndaşlarımıza qarşı ermənilərin mənfur əməllərini rayon sakinlərinin diqqətinə çatdırmaqdır. Fotolardan istifadə olunarkən Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri, Hikmət Hacıyevin rəsmi səhifəsinə və fotoqraf Müzəffər İsmayılovun fotolarına istinad edilib.