Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Azərbaycanın dinamik inkişafında Heydər Əliyev Mərkəzlərinin rolu”

25.09.2020

Qəbələ, Siyəzən, Gəncə Heydər Əliyev Mərkəzlərinin təşkilatçılığı ilə "Azərbaycanın dinamik inkişafında Heydər Əliyev Mərkəzlərinin rolu" mövzusunda videokonfrans keçirilmişdir. Konfransda Şabran-Siyəzən Seçki Dairəsinin deputatı Sadiq Qurbanov, Nizami (Gəncə) İkinci seçki dairəsinin deputatı Naqif Həmzəyev, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Müşfiq Cəfərov, Qazax, Şabran, Zərdab, Bərdə, Oğuz, Ağstafa, Cəlilabad, Samux və digər Heydər Əliyev Mərkəzləridə iştirak etmişdir. Çıxışlarda respublikamızın hər bir bölgəsində fəaliyyət göstərən mərkəzlərin Ulu Öndər Heydər Əliyevin zəngin irsinin dərindən öyrənilməsi, qorunub saxlanılması, tədqiqi və hərtərəfli inkişaf etdirilməsi sahəsində fəaliyyətlərindən bəhs edilmişdir. Qəbələ rayon Heydər Əliyev Mərkəzinin direktoru Kəmalə Qasımova Qəbələ rayon Heydər Əliyev Mərkəzinin də ölkəmizin mədəni həyatında fəal iştirak etməklə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsi, azərbaycançılıq məfkurəsini, onun irsini tədqiq və geniş təbliğ etmək, bu istiqamətdə tədbirlər keçirmək üçün əhəmiyyətli işlər gördüyünü vurğulamışdır. Mərkəzin direktoru çıxışında Qəbələnin UNESKO - nun Öyrənən Şəhərlər üzrə Qlobal Şəbəkəsinə üzv seçildiyini qeyd etmişdir.