Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Dünyanı sülh xilas edəcək” adlı videokonfrans keçirilib.

18.09.2020

18 sentyabr 2020-ci il tarixində  “21 sentyabr - Beynəlxalq Sülh günü” münasibətilə Ombudsmanın Şəki Regional Mərkəzinin  təşəbbüsü, Qəbələ rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı, Qəbələ rayon Gənclər və İdman İdarəsi, Qəbələ UADM, Qəbələ Tarix Diyarşünaslıq muzeyi, Qəbələ Gənclər İnkişaf və Karyera Mərkəzinin nümayəndələrinin iştirakı ilə “Dünyanı sülh xilas edəcək” adlı videokonfrans keçirildi. Videokonfransı açıq elan edən Qəbələ rayon Heydər Əliyev Mərkəzinin direktoru Kəmalə Qasımova 21- sentyabr Beynəlxalq Sülh gününün mahiyyəti haqqında məlumat verdi.  Ombudsmanın Şəki Regional Mərkəzinin direktoru Pərviz Məmmədov konfransda geniş məruzə etdi. Daha sonra Rayon Gənclər və İdman İdarəsinin əməkdaşı Müşfiq Abbasov, Tarix Diyarşünasliq Muzeyinin əməkdaşları İlhamə Seyidova, Mədinə Xalidli və başqaları çıxış edərək, dünyada sülhün vacibliyini vurğuladılar.