17.09.2020
21 sentyabr – Beynəlxalq sülh günüdür.BMT bu günü 1981-ci ildə təsis edib. İlk sülh günü 1981-ci ilin sentyabrında qeyd olunub. O vaxtdan Beynəlxalq Sülh günü sentyabr ayının hər 3-cü çərşənbə axşamı qeyd edilirdi. Lakin 2001-ci ildə Birləşmiş Kralıq tərəfindən təklif olunan qətnamə ilə 2002-ci ildə BMT Sülh günü üçün 21 sentyabr tarixini dəqiq tarix kimi müəyyənləşdirib və bu tarixi ümumdünya atəşkəs günü elan edib.Bu gün qüdrətli və güclü orduya malik Azərbaycan və onun Prezidenti, Ali Baş Komandan İlham Əliyev də xalqın sülh arzusunu ifadə edərək, münaqişənin sülh yolu ilə, qan tökülmədən, beynəlxalq hüquq çərçivəsində həlli istiqamətində əməli işlər görür. Sülhün qorunması, insanların əmin-amanlıqda yaşaması, amansız müharibələrin, hər çür zorakılığın dayandırılması arzusu bütün tarix boyu bəşəriyyəti düşündürür.
21 sentyabr Beynəlxalq sülh günü münasibəti ilə Şamaxı rayon Tarix Diyarşünaslıq Muzeyi “Birlik və bərabərlik” devizi altında şeir müsabiqəsi elan edib.
Qeyd edək ki, müsabiqədə iştirak etmək istəyən 7-15 yaş aralığındakı şagirdlər mövzu əsasında səsləndirdikləri şeirləri muzeyin r sosial şəbəkə ünvanlarına göndərə bilərlər. Müsabiqə17- 21 sentyabr tarixlərində keçiriləcəkdir. Qaliblər mükafatlandırılacaq.