Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Bir Eksponatın Tarixçəsi” adlı onlayn tədbir keçirilib

16.09.2020

 Şamaxı rayon Heydər Əliyev Mərkəzi və Zərdab rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə  "Bir Eksponatın Tarixçəsi" adlı onlayn tədbir keçirilib. Tədbir hər iki Mərkəzin ekspozisiya zalında sərgilənən eksponata həsr edilib. Tədbirdə Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova xalqımızın Ümummili lideri Heydər Əliyevin keçən əsrin 70-80-cı illərində qədim Şamaxıya səfərləri haqqında söhbət açıb.Şamaxı rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Eyvazova Ümummilli lider Heydər Əliyevin Şamaxı rayonuna tarixi səfərləri haqqında ətraflı məlumat vermiş , onun üzümçülük və şərabçılıq sahəsində gördüyü mühüm işlərdən bəhs etmiş, dahi liderin təşəbbüsü və rəhbərliyi sahəsində Şamaxı rayonunda üzümçülüyün sürətlə inkişaf etdiyini vurğulamışdır. Daha sonra  keçmiş Lenin adına Sovxozun partiya komitəsinin sədri olmuş,Ulu Öndər Heydər Əliyevlə 5 dəfə görüşmüş Rəfiqa Səmədova ilə Mərkəzin əməkdaşlarının  görüşü zamanı Rəfiqa xanımın  Mərkəzin fonduna təqdim etdiyi fotolar nümayiş olunub.