Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Nitq mədəniyyəti mövzusunda videomaterial hazırlanıb.

14.09.2020

Nitq, danışıq kamil olanda, məntiqli və aydın ifadə formasında öz təsdiqini tapanda qarşı tərəfin qəlbinə yol tapa bilir, eyni zamanda qarşı tərəfi ram edərək rahat ünsiyyət qurmağa, münasibət yaratmağa sövq edir. Nitq prosesində kamil nitqin bütün tələblərinə riayət etmək qarşı tərəfin bədii zövqünün, estetik görüşlərinin inkişafına təsir göstərməkdə önəmli rol oynayır. Nitq, danışıq fərdidir, hər bir şəxsin özünəməxsusdur. Ancaq hər bir fərdə məxsus olan nitq, danışıq da meyar deyildir. İstənilən bir fikri, informasiyanı, elmi, bədii məlumatı başqalarına çatdırmaq xüsusi bir istedad tələb edən işdir. Ən başlıcası isə bu, mədəniyyətdir. Qəbələ rayon Mədəniyyət Mərkəzinin əməkdaşları bu  mövzuda videomaterial hazırlayıb. Videomaterialı təqdim edirik.

https://www.facebook.com/ismayilliregional/videos/354945209201415/?modal=admin_todo_tour