10.09.2020
Azərbaycan xalçaları içərisində Şirvan qrupunun özünəməxsus yeri vardır. Şirvan əhalisinin ev məişətinin zəruri hissəsi olan xalçalar əsrlər boyu mənzillərin bədii tərtibatında başlıca yer tutmuşdur. Burada digər xalq sənət sahələri kimi xalçaçılıq da müxtəlif inkişaf mərhələləri keçmişdir. Şirvan xalçaları texnologiyasına görə xovsuz və xovlu növlərə bölünür. Bölgənin əsas xalçaçılıq mərkəzləri Şamaxı, Ağsu, Kürdəmir, Hacıqabul, Ağdaş, Göyçay, Zərdab, İsmayıllı, Qobustan, Ucar rayonlarının kəndlərini əhatə edir. Şirvanda medalyonlu xalçalar çox geniş yayılmışdır. Xalçaçı-alimlərin “Şirvan”, “Cəmcəmli”, “Ərçiman”, “Qəşəd”, “Hacıqabul”, “Qəbələ”, “Nabur”, “Şilyan” adlandırdıqları medalyonlu xalçalar tarixən Şirvan ərazisində toxunmuşdur. Şamaxı Tarix Diyarşünaslıq Muzeyi “Şirvan xalçaları” haqqında geniş videomaterial hazırlayıb. Videomaterialı təqdim edirik.
https://www.facebook.com/ismayilliregional/videos/702105363713858/?modal=admin_todo_tour